Bütün xəbərlər
Finlandiya və İsveç hansı halda NATO üzvü olacaq? - Türkiyənin şərtləri
Tarix: 18-05-2022 02:26 | Bölmə: Dünya

                    Finlandiya və İsveç hansı halda NATO üzvü olacaq?



Türkiyə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verilməsi üçün F-35 qırıcılarının tədarükü proqramına daxil edilməsini, həmçinin, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın sanksiyalarının ləğvini tələb edir.
"Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. 
“Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemləri aldıqdan sonra çıxarıldığı sonuncu F-35 təyyarələri proqramına yenidən daxil olmaq istəyir. Üstəlik, Türkiyə ABŞ-dan S-400-ə sahib olduğuna görə tətbiq edilən sanksiyaları ləğv etməsini istəyir”, - agentliyin açıqlamasında deyilir.
Agentlik qeyd edir ki, Türkiyənin ABŞ-dan daha əvvəl əldə etdiyi onlarla F-16 döyüş təyyarəsi və təkmilləşdirmə dəstlərinin alınması üçün də müraciəti var.
Türkiyə, həmçinin, İsveç və Finlandiyanın 2019-cu ildə bir sıra digər Avropa İttifaqı üzvləri ilə birlikdə Türkiyəyə tətbiq etdikləri silah ixracına məhdudiyyətləri aradan qaldırmasını istəyir. Bundan əlavə, Türkiyə hakimiyyəti İsveç və Finlandiyadan təkcə PKK-nı deyil, onunla əlaqəli təşkilatları da açıq şəkildə pisləməyi tələb edir.
Türkiyə mənbələrinə görə, mübahisələr ilkin həll edilmədikcə və Skandinaviya ölkələri açıq şəkildə kürd qruplaşmalarına qarşı Türkiyə ilə həmrəylik öhdəliyi götürmədikcə, Türkiyənin kursunu dəyişəcəyini və İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləyəcəyini gözləmək ağılsızlıq olardı.
Xatırladaq ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi. ABŞ F-35 layihəsində qalan yeddi tərəfdaşla - Böyük Britaniya, İtaliya, Niderland, Avstraliya, Danimarka, Kanada və Norveçlə imzalayaraq, Türkiyə ilə F-35-ə dair ortaq memorandumu ləğv etmişdi. 



Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər