Bütün xəbərlər
“Aİ Ukraynanın silahlarının tükənməsinə imkan verməyəcək”
Tarix: 18-05-2022 02:18 | Bölmə: Dünya

                   “Aİ Ukraynanın silahlarının tükənməsinə imkan verməyəcək”


“Avropa İttifaqı Rusiya ilə müharibədə Ukraynanın lazımi silahlarının tükənməsinə imkan verməyəcək”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Avropa İttifaqı Şurasının müdafiə məsələləri üzrə nazirlər səviyyəsində Brüsseldə keçirilən iclasından sonra keçirilən brifinqdə deyib.
Aİ-nin ali nümayəndəsi bildirib ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu gün videobağlantı vasitəsilə Ukraynadakı vəziyyət və Ukrayna ordusunun ehtiyacları barədə danışıb.
Borrell bildirib ki, Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirir: 
“Düşünürəm ki, bu dəstək döyüş meydanında fərq yaradır. Biz resursları və təchizatı artırmalıyıq. Bu dəstək hazırda kritikdir, çünki müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb və biz Ukraynanın texnikasının tükənməsinə imkan verə bilmərik və buna icazə verməyəcəyik. Çünki Donbass uğrunda döyüş ukraynalıların əks-hücumlar həyata keçirdiyi və rusları dəf etdiyi bir məqama keçib və ötən gün qeyri-adi uğur qazanıb. Ukraynalılar müqavimət göstərmək və əks-hücuma keçmək üçün inanılmaz potensial nümayiş etdirir”.



Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər