Bütün xəbərlər
Trampın gündəlik 10 min dollar ödəmək cəzası ləğv edildi
Tarix: 12-05-2022 02:32 | Bölmə: Dünya

                     Trampın gündəlik 10 min dollar ödəmək cəzası ləğv edildi



ABŞ-ın keçmiş prezidenti Donald Trampın Nyu-Yorkda məhkəmə çağırış vərəqəsinə cavab vermədiyinə görə gündəlik 10 min dollarlıq “vətəndaş itaətsizliyi” cəzası ləğv edilib. 
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Nyu-York məhkəmə hakimi Artur Enqoron müəyyən şərtlərin yerinə yetirildiyini əsas gətirərək gündəlik 10.000 dollar cəriməni ləğv edərək Trampın cəmi 110.000 dollar ödəməsi ilə bağlı qərar çıxarıb. Tramp 110 000 dolları ödəməsə, hakim gündəlik 10 000 dollar cəriməni bərpa edəcək.
Xatırladaq ki, aprelin 7-də baş prokuror Letitia Ceyms Trampın mülki itaətsizlik və məhkəmə qərarına əməl etməməsi, ailə biznesinə qarşı işlə bağlı məhkəmənin tələb etdiyi sənədləri təqdim etmədiyi üçün mühakimə olunmasını və cərimələnməsini istəyib.
Bu qərardan sonra Tramp apellyasiya məhkəməsinə müraciət edib.



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər