Bütün xəbərlər
“Əl-Cəzirə”nin müxbiri öldürüldü - Foto
Tarix: 11-05-2022 14:28 | Bölmə: Dünya

                    “Əl-Cəzirə”nin müxbiri öldürüldü



“Əl-Cəzirə” telekanalının müxbiri Şirin Abu Akle İordan çayının Qərb sahilində qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı telekanal yayıb.
Jurnalist başından güllə yarası alıb, nəticədə dünyasını dəyişib.
Telekanal müxbirin İsrail hərbi qulluqçuları tərəfindən atəşə tutulduğunu iddia edib.
Bildirilir ki, hadisə nəticəsində daha bir jurnalist - Ali as-Samudi də yaralanıb. Onun vəziyyəti sabit olaraq qiymətləndirilir.







Baxış sayı: 295


Bölməyə aid digər xəbərlər