Kim Çen In hansı halda nüvə silahından istifadə edəcəyini açıqladı
Tarix: 02-05-2022 15:30 | Bölmə: Dünya

                 Kim Çen In hansı halda nüvə silahından istifadə edəcəyini açıqladı



"Ölkəmizin nüvə potensialını artırmaq üçün mümkün qədər tez addımlar atmağa davam edəcəyik".
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Şimali Koreya Silahlı Qüvvələrinin yaranmasının 90-cı ildönümü münasibətilə keçirilən mərasimdə çıxışında deyib.
Kim Çen In Şimali Koreyanın “düşmən qüvvələr” tərəfindən təhdid ediləcəyi təqdirdə, “önləyici müharibə” çərçivəsində nüvə silahından istifadə edəcəyini bildirib.
Şimali Koreya liderinin bu sözləri onun rəqibləri, xüsusilə ABŞ, Cənubi Koreya və Yaponiyaya qarşı hədə-qorxu kimi qiymətləndirilib.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər
11-06-2022, 15:07 Bayden Zelenskini qınayıb