Bütün xəbərlər
ÜST-dən yeni yayılan virusla bağlı - Açıqlama
Tarix: 24-04-2022 14:44 | Bölmə: Dünya

                 ÜST-dən yeni yayılan virusla bağlı


İngiltərədə ortaya çıxan, Avropa və ABŞ-da yayılan mənşəyi məlum olmayan hepatit virusuna yoluxan bir uşaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nın açıqlamasına görə, indiyə qədər 11 ölkədə aşkarlanan ən azı hər 169 nəfər yoluxan şəxsdən biri dünyasını dəyişib.
Qeyd edilib ki, hepatit yoluxmaları yüksək olmasa da, pis nəticələr verib.
Virusun aşkarlandığı uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların olduğu, bəzi hallarda isə ağır qaraciyər iltihabının olduğu və qaraciyər transplantasiyası ilə müalicə edildiyi açıqlanıb.



Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər