Bütün xəbərlər
Qırğızıstanda yeni xarici işlər naziri təyin edildi - Yenilənib
Tarix: 22-04-2022 23:25 | Bölmə: Dünya

                  Qırğızıstanda yeni xarici işlər naziri təyin edildi


Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS Qırğızıstanın Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. 
Qeyd edək ki, 54 yaşlı Kazakbayev XİN rəhbəri postuna 2020-ci ilin oktyabrında təyin olunub.
***
Ruslan Kazakbayevin yerinə Ceenbek Kulubayev təyin edilib. Qırğızıstan Rəyasət Heyətinin Mətbuat Mərkəzindən verilən açıqlamada bildirilib ki, Prezident Sadır Japarov Ruslan Kazakbayevi xarici işlər naziri vəzifəsindən azad edərək, müvəqqəti olaraq Jeenbek Kulubayevi təyin edib.
Əvvəllər Çin, Malayziya və Qazaxıstanda səfir vəzifəsində çalışmış Kulubayev son olaraq Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri vəzifəsini icra edib.



Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər