Bütün xəbərlər
“Putinlə həmişə açıq və tələbkar danışmışam, o, atəşkəsə razılaşmalı olacaq” - Makron
Tarix: 22-04-2022 23:58 | Bölmə: Dünya

                      “Putinlə həmişə açıq və tələbkar danışmışam, o, atəşkəsə razılaşmalı olacaq”


“Əgər biz Putinlə danışmamaq qərarına gəlsək, danışıqlar aparan tərəf Türkiyə və ya Çin olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “France Inter” radiosuna gündəmlə bağlı açıqlamalar verərkən deyib.
Bir müddətdir Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsinin olmadığını bildirən Makron Ukraynanın Mariupol şəhərinə giriş əldə etmək üçün mütləq şəkildə danışacağını qeyd edib.
"Onunla danışmağa davam etmək bizim borcumuzdur. Əgər bu, insanların həyatını xilas edəcəksə, danışmaq lazımdır. Mən prezident Putinlə həmişə açıq və tələbkar danışmışam. O, nə vaxtsa atəşkəsə hazırlaşmalı olacaq. Avropa da masada olmalıdır. Əgər Putinlə danışmamağa qərar versək, danışıqları aparanlar Türkiyə və ya Çin prezidenti olacaq”, - deyə o bildirib.



Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər