Bütün xəbərlər
“Kadırov Putinə Zelenskini məhv edəcəyinə söz verib”
Tarix: 22-04-2022 00:09 | Bölmə: Dünya

                  “Kadırov Putinə Zelenskini məhv edəcəyinə söz verib”



Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın Ukraynaya hərbi müdaxiləsi planlaşdırılarkən Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskini öldürməyə söz verib.
“Qafqazinfo” xəbər verir ki, Bunu Radio “NV”yə müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Ali rəhbərliyimizin məhvi ilə bağlı plan fevralın 3-də Putini ziyarət edərkən Kadırov tərəfindən qəbul edilib. Bu görüşdə bizim prezidentimizin öldürülməsi planı razılaşdırılıb və Kadırov onun qrupunun bunu edəcəyi ilə bağlı öhdəlik götürüb”, - deyə Danilov bildirib. 
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı bütün prosesləri izləyib: 
“Fevralın 26-da ölkəmizin ərazisinə daxil olan 3 qrup var idi. Fevralın 24-də ona görə yox ki, iki gün gözlədilər ki, paytaxtın mərkəzi məhəlləsinə “yaşıl dəhliz” verilsin. Biz bu üç qrupun hamısını izlədik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edildi. Bundan sonra ikisi ölkəmizin ərazisini tərk edib. Biri bu gün Donetsk vilayətinin ərazisində, digəri isə Mariupol şəhərinin ərazisindədir, lakin onlar ön sıralarda deyillər. Tamamilə təhlükəsiz üçüncü və ya dördüncü eşelondadırlar”.



Baxış sayı: 292


Bölməyə aid digər xəbərlər