Bütün xəbərlər
İmamoğlunun 4 il bir ay həbsi istənildi
Tarix: 20-04-2022 21:14 | Bölmə: Dünya

                 İmamoğlunun 4 il bir ay həbsi istənildi


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Yüksək Seçki Komissiyası (YSK) üzvlərini təhqir etməsi iddiası ilə bağlı 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Anadolu 7-ci Əsas Cəza Məhkəməsində keçirilən prosesdə Əkrəm İmamoğlunun vəkili Kamal Polat iştirak edib.
İclasda mahiyyəti ilə bağlı rəyini açıqlayan prokurorluq, İmamoğlunun "dövlət məmurlarını açıq-aşkar təhqir etmək" ittihamı ilə 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İmamoğlunun vəkili Kamal Polat hakimin vəsatətinin rədd edilməsi ilə bağlı verilən qərarların prosedura zidd olduğunu bildirib.
Qeyd edək ki, E.İmamoğlu 31 mart 2019-cu ildə ləğv edilmiş İstanbul bələdiyyə seçkisindən sonra “31 Martı ləğv edənlər axmaqdır” demişdi.



Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər