Bütün xəbərlər
“Rusiya ilə 10 il mübarizə apara bilərik” - Zelenski
Tarix: 17-04-2022 23:00 | Bölmə: Dünya

               “Rusiya ilə 10 il mübarizə apara bilərik”


“Kiyev Moskva ilə dialoqu müzakirə etməyə hazırdır, lakin Kremlin ultimatum şərtləri ilə belə bir söhbət mümkün deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, belə bir dialoq nə qədər tez başlasa, bir o qədər az adam öləcək, lakin o, başqa variantı da istisna etməyib:
“Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik. Rusiyanın ukraynalılara hücumları müharibəni dayandırmaq üçün Rusiya Federasiyası ilə diplomatik dialoqu çətinləşdirir”.



Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər