Bütün xəbərlər
Pakistanda xalq küçələrə axışdı - Video
Tarix: 10-04-2022 23:58 | Bölmə: Dünya

                    Pakistanda xalq küçələrə axışdı


Xəbər verdiyimiz kimi, Pakistan Milli Məclisi (parlamentin aşağı palatası) bu gün Baş nazir İmran Xana etimadsızlıq votumunun qəbul edilməsi üzrə səsvermə keçirib, səsvermənin nəticəsinə əsasən, etimadsızlıq votumu qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, İmran Xan bu gün Tviter hesabında xalqın dəstəyini nümayiş etdirən video paylaşıb.
“Tariximizdə heç vaxt bu qədər öz-özünə və bu qədər çox sayda saxtakarlar tərəfindən idarə edilən idxal hökuməti rədd edən izdiham olmamışdı”, - o paylaşdığı videonu şərh edib.
Qeyd edək ki, İmran Xana etimadsızlığın leyhinə 342 deputatdan 174-ü səs verib ki, bu da onu vəzifədən kənarlaşdırmağa kifayət edib.


           



Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər