Bütün xəbərlər
Zelenski kollaj edilən fotosundan danışdı
Tarix: 09-04-2022 17:56 | Bölmə: Dünya

                   Zelenski kollaj edilən fotosundan danışdı


Ukrayna Prezidenti Volodimir Zelenski 41 gün fərqlə kollaj edilmiş fotosundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə bildirib.
"Bunlar iki fərqli insandır. Bu (Zelenskinin dəyişikliyi - red.) ölkəmizə xeyir verir. Amma əmin deyiləm... Mən bu adama (müharibədən əvvəlki kimi - red.) qayıdacağam", - deyə, Zelenski cavab verib.
Jurnalist Ukrayna Prezidentindən gecə gözlərini yumanda nə gördüyünü soruşub.
"Heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram", - Ukrayna lideri cavab verib.
Qeyd edək ki, Zelenskinin yorğun olduğunu və 41 gün ərzində dəyişdiyini əks etdirən foto Buça qətliamından sonra həmin şəhərə səfəri zamanı lentə alınıb.



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər