Bütün xəbərlər
Bu ölkə Ukraynaya S-300 verdi
Tarix: 08-04-2022 21:43 | Bölmə: Dünya

                   Bu ölkə Ukraynaya S-300 verdi



Slovakiya Ukraynaya öz S-300 hava hücumundan müdafiə sistemini göndərib.
"Qafqazinfo"nun xarici KİV-ə istinadən xəbərinə görə, bu məlumatı Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen ilə birlikdə Kiyevdə səfərdə olan Slovakiyanın Baş naziri Eduard Heqer verib.
Rəsmi Bratislava indiyədək ölkənin müdafiəsində bu raket sisteminə ehtiyac olduğunu bildirdiyindən xəbər gözlənilməz olub. Belə ki, Almaniya və Niderland mart ayında NATO-nun şərq cinahının gücləndirilməsi üçün Slovakiyaya “Patriot” sistemi təqdim ediblər, lakin müdafiə naziri Yaroslav Nad bu sistemin əvəzedici deyil, müvəqqəti əlavə olduğunu iddia edirdi.
E.Heqer mətbuat açıqlamasında qeyd edib ki, Ukraynaya S-300 raket sisteminin verilməsi Slovakiyanın hansısa silahlı münaqişəyə qoşulması anlamına gəlmir:
“Bu məsuliyyətli qərarla Slovakiya sülh, azadlıq və insan haqlarının qorunmasını dəstəkləyən bir ölkə olaraq Ukraynaya və onun dinc sakinlərinə sırf müdafiə yardımı göstərir”.
Slovak hökumətinin təsdiqləmədiyi xəbərlərə görə, S-300 raket sistemi iki gün davam edən məxfi missiya çərçivəsində Ukraynaya çatdırılıb.



Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər