Bütün xəbərlər
General: “ABŞ-ın Rusiyanın imkanlarını şişirtməsinin səbəbi kəşfiyyat boşluğu ola bilər”
Tarix: 29-03-2022 21:50 | Bölmə: Dünya

Tod Volters



ABŞ-ın Rusiyanın imkanlarını şişirtməsinin və Ukraynanın müdafiə qabiliyyətini az qiymətləndirməsinin səbəbi kəşfiyyat boşluğu ola bilər".
APA-nın CNN-ə istinadən xəbərinə görə, bunu ABŞ-ın Avropa Komandanlığının komandanı general Tod Volters deyib. Belə ki, ABŞ senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmədə Missisipidən olan respublikaçı senator Rocer Viker (Roger Wicker) ABŞ-ın Rusiyanı böyütməsinə və Ukraynanın müdafiə imkanlarını önəmsəməməsinə səbəbin kəşfiyyat boşluğu ola biləcəyi ilə bağlı sual ünvanlayıb. General Tod Volters cavabında bunun mümkün olduğunu qeyd edib.
“Keçmişdə də hər zaman olduğu kimi bu ola bilər. Böhran başa çatdıqdan sonra biz bütün sahələrdə və departamentlərdə hərtərəfli baxış həyata keçirəcəyik və zəif nöqtələrimizin haralar olduğunu tapacağıq”, - deyə general Volters vurğulayıb.



Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər