Bütün xəbərlər
Rusiyada brendlərin mağazasına "Давай, до свидания" yazısı yapışdırdılar
Tarix: 24-03-2022 21:26 | Bölmə: Dünya

Rusiyada brendlərin mağazasına "Давай, до свидания" yazısı yapışdırdılar



Rsiyanın Ukraynaya hərbi hücumlarından sonra bir çox məşhur brend oradakı mağazalarını bağlayıb.
Sabaha-inamla.az Axşam.az-a istinadən xəbər verir ki, bu günlərdə isə dəbdəbəli butiklərin, kafelərin pəncərə və qapılarına "Давай, до свидания" yazısı yapışdırılıb. Ötən gün Moskvada "Cartier" brendinin və "Starbucks"ın pəncərəsində belə etiketlər peyda olub. Bu cür hala "McDonalds"da da rast gəlinib.
Aksiyanın arxasında kimin dayandığı hələlik məlum deyil, lakin bütün şəhərlərdə eyni stikerlərdən istifadə olunur. 
Qeyd edək ki, bundan əvvəl Kering şirkəti tərkibinə daxil olan "Gucci", "Balenciaga" və "Saint Laurent" mağazasını bağlayıb. "Farfetch", "Burberry", "Mytheresa", "Matchesfashion", "Golden Goose", "Net-a-Porter", "Yoox", "The Outnet", "IHerb" brendləri də eyni addımı atmışdı.
Eyni zamanda LVMH, "Kering" və "Chanel" Ukraynaya yardım fonduna ianə edəcəyini bildirib. 






Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər