Bütün xəbərlər
Rusiya səfiri Yaponiya XİN-ə çağırıldı
Tarix: 22-03-2022 20:46 | Bölmə: Dünya

                    Rusiya səfiri Yaponiya XİN-ə çağırıldı


Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin Yaponiya XİN-nə çağırılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, səfirə Moskvanın Yaponiya ilə sülh danışıqlarından çıxmaq barədə qərarına etiraz bildirilib.
“Kiodo” agentliyinin məlumatına görə, nota rusiyalı səfirə Yaponiya xarici işlər nazirinin müavini Takeo Mori tərəfindən təqdim edilib.
Qeyd edək ki, ötən gün Rusiya Yaponiya ilə adalarla bağlı sülh müqaviləsi üzrə danışıqları dayandırıb.
Səbəb olaraq Yaponiyanın Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı birtərəfli məhdudiyyətlər tətbiq etməsi göstərilir. Həmçinin bildirilir ki, Rusiya tərəfi Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətlərin qurulması üzrə Yaponiya ilə dialoqdan çıxır: “İkitərəfli əməkdaşlığa və Yaponiyanın maraqlarına dəyən ziyana görə bütün məsuliyyət qəsdən anti-Rusiya kursu seçmiş rəsmi Tokionun üzərinə düşür”.



Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər