Bütün xəbərlər
Rusiya və Belarusun UNESKO-dakı üzvlüyünün dayandırılması təklif edildi
Tarix: 21-03-2022 22:14 | Bölmə: Dünya

                     Rusiya və Belarusun UNESKO-dakı üzvlüyünün dayandırılması təklif edildi



Litva dövləti Rusiya və Belarusun UNESKO-ya üzvlüyünü dayandırılmasını təklif edib.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, təklif edilən layihədə Rusiyanın Ukraynaya qarşı hərəkətləri beynəlxalq hüququn və BMT nizamnaməsinin prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Rusiyanın bu addımlarının, eyni zamanda, UNESKO-nun missiyası və dəyərlərinə də zidd olduğu qeyd edilib.
Litva Ukrayna hadisələri ilə əlaqədar Rusiya Federasiyası və Belarusun UNESKO-ya üzvlüyünün dayandırılması təklifi  ilə çıxış edəcək. Qeyd edilib ki, Rusiyanın Ukraynadakı hərəkətləri Avropada və bütün dünyada təhlükəsizlik və sabitliyə təhlükə yaradır.
Qətnamə layihəsi sabah müzakirə olunacaq.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər