Bütün xəbərlər
Kiyevdə “New York Times”ın müxbiri güllələnərək qətlə yetirildi - Foto
Tarix: 13-03-2022 19:44 | Bölmə: Dünya

                       Kiyevdə “New York Times”ın müxbiri güllələnərək qətlə yetirildi



Kiyev vilayətinin İrpen şəhərində rus hərbçilər "New York Times” müxbirini güllələyərək qətlə yetiriblər.
“Qafqazinfo” unian.net-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
“İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də rüsvayçılıqla öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "Nyu York Tayms"ın 51 yaşlı müxbiri güllələnib", - deyə Geraşenko bildirib. 
Onun sözlərinə görə, daha bir jurnalist yaralanıb. Ona ilkin tibbi yardım göstərilir.
 

                        






Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər