Bütün xəbərlər
“Azərbaycan-Ermənistan danışıqlarında üçüncü tərəfə ehtiyac olmamalıdır” - Çavuşoğlu
Tarix: 13-03-2022 16:51 | Bölmə: Dünya

                “Azərbaycan-Ermənistan danışıqlarında üçüncü tərəfə ehtiyac olmamalıdır”



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunda ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdən sonra iki nazir birgə bəyanatla çıxış ediblər. Çavuşoğlu bildirib ki, Azərbaycan və Türkiyə bölgədəki proseslər, o cümlədən Ermənistanla münasibətlərin normallaşmasına dair bütün addımları atırlar:
“Azərbaycan işğal altındakı torpaqlarını azad edəndən sonra Azərbaycanla Türkiyə bölgədə sülhə və sabitliyə tərəfdar olduqları ilə bağlı mövqelərini açıq şəkildə ifadə ediblər. Azərbaycanın təklif etdiyi sülh sazişinə Ermənistanın müsbət cavab verməli olduğunu və bunun hamı üçün müsbət olacağını söylədik. Regionda sabitlik hamımızın xeyrinədir. Bu istiqamətdə addımlarımızı davam etdirəcəyik. Ermənistanın xarici işlər naziri ilə də bu məsələdə razılığa gəlmişik.
Cənab Əliyev 3+3 Cənubi Qafqaz ölkələri, Türkiyə və İran formatında görüş təklif edəndə ilk dəstəyi cənab Ərdoğan verdi. Sabah münasibətlər normallaşarsa, niyə Ermənistanı ora daxil etməyək. Fikrimcə, sülh müqaviləsi üzrə danışıqlarda üçüncü tərəfə ehtiyac olmamalıdır. Biz Ermənistanla Azərbaycan arasında atılacaq hər bir addımı dəstəkləyirik. Azərbaycan da Ermənistanla apardığımız prosesi dəstəkləyir. Biz hər bir məsələdə Azərbaycanla məsləhətləşirik”.



Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər