Bütün xəbərlər
Ukrayna Təhlükəsizlik Xidməti azərbaycanlı milyonçunu saxladı
Tarix: 12-03-2022 20:07 | Bölmə: Dünya

                 Ukrayna Təhlükəsizlik Xidməti azərbaycanlı milyonçunu saxladı


Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Azərbaycan əsilli, ukraynalı iş adamı Vaqif Əliyevi saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UNİAN Ali Radanın deputatı Aleksandr Dublinskiyə istinadən xəbər yayıb.
Bildirilib ki, SBU-nun xüsusi dəstəsi naməlum səbəblərə görə iş adamı Vaqif Əliyevi Ukraynanın qərbindəki Zakarpat vilayətində saxlayıb. Saxlanılmanın səbəbi açıqlanmayıb.
Xəbərdə qeyd olunur ki, o, ukraynalı iş adamı Dmitri Firtaşın şəriki, həmçinin “Müxalifət Platforması - “Həyat naminə” partiyası Vadim Stoların deputatı sayılır.
Həmçinin əlavə olunub ki, Vaqif Əliyevin Rusiya pasportu ola bilər.



Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər