Bütün xəbərlər
Ərdoğanla Conson Ukraynadakı vəziyyəti müzakirə etdi
Tarix: 04-03-2022 21:53 | Bölmə: Dünya

                    Ərdoğanla Conson Ukraynadakı vəziyyəti müzakirə etdi



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, görüşdə regional hadisələr, xüsusilə Rusiyanın Ukraynaya hücumu, Türkiyə-Birləşmiş Krallıq münasibətləri müzakirə edilib.
Prezident Ərdoğan görüşdə dərhal atəşkəs və Rusiyanın Ukraynaya hücumunun dərhal dayandırılması üçün səylərini davam etdirdiklərini vurğulayıb.
Prezident Ərdoğan Türkiyənin terrorla mübarizədə NATO müttəfiqlərindən səmimi dəstək gözlədiyini bir daha qeyd edib.



Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər