Bütün xəbərlər
Rusiyalı oliqarx ağlayaraq ukraynalılardan üzr istədi - Video
Tarix: 03-03-2022 14:49 | Bölmə: Dünya

                   Rusiyalı oliqarx ağlayaraq ukraynalılardan üzr istədi


Rusiyalı oliqarx Mixail Xodorkovski ukraynalılardan üzr itəyib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Xodorkovski ukraynalı aparıcı Dmitri Qordonun efirində bu barədə danışıb və hisslərinə hakim ola bilməyərək ağlayıb.
Oliqarx Ukrayna xalqından Rusiyanın ölkələrinə qarşı həyata keçirdiyi hərbi əməliyyata görə üzr istəyib və bir neçə dəfə “bağışlayın” deyib.
Qeyd edək ki, Rusiyanın “Yukos” neft şirkətinin keçmiş rəhbəri və həmsahibi olan Mixail Xodorkovskiy əvəllər Rusiyanın ən varlı insanı olub. O, 2003-cü ildə vergidən yayınma və vəsait mənimsəmədə ittiham olunaraq həbs olunub. Bu zaman onun sərvəti 15 milyard dollar olaraq qiymətləndirilib. 2005-ci ildə Rusiya məhkəməsi onu fırıldaqçılıqda və digər cinayətlərdə təqsirli bilib.
Həbsdə 10 il keçirən və təqsirli olmadığını bildirən Xodorkovski 2013-cü ilin noyabrında Rusiya Prezidentinə müraciət ünvanlayaraq ailə vəziyyətinə görə əfv olunmasını istəyib. Vladimir Putin isə 2013-cü ilin dekabrında bildiririb ki, Xodorkovski yaxın zamanlarda əfv olunacaq. Bundan bir gün sonra, dekabrın 20-si Putin rusiyalı oliqarxın əfv olunmasına dair fərman imzalayıb. 2016-cı ildə mediada dərc olunmuş məlumata görə, o, hazırda Londonda yaşayır.


             



Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər