Bütün xəbərlər
“Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik” - Bayden
Tarix: 02-03-2022 18:26 | Bölmə: Dünya

                   “Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik”



ABŞ Prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında növbəti telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bayden Tvitter hesabında paylaşım edib.
O bildirib ki, telefon söhbəti zamanı ABŞ-ın Rusiya hücumundan müdafiəsi üçün təhlükəsizlik yardımı və humanitar yardım da daxil olmaqla, Ukraynaya davamlı dəstək ifadə olunub.
“Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik və sanksiyalarımız artıq dağıdıcı təsir göstərir”, - ABŞ Prezidenti qeyd edib.



Baxış sayı: 341


Bölməyə aid digər xəbərlər