Bütün xəbərlər
Ərdoğan: “Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik”
Tarix: 01-03-2022 23:03 | Bölmə: Dünya

Rəcəb Tayyib Ərdoğan



"Ukraynanın Aİ-yə daxil olması üçün göstərilən səyləri yüksək qiymətləndiririk”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Amma mən Aİ üzvlərindən soruşuram: Siz niyə hələ də Türkiyəni Aİ-yə qəbul etməyə tərəddüd edirsiniz? Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı Türkiyə üçün də göstərin. Yoxsa kimsə Türkiyəyə hücum etsə Türkiyəni gündəmə gətirəcəksiniz?",- deyə dövlət başçısı bildirib.





Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər