Bütün xəbərlər
Tokayev Baş prokuroru Təhlükəsizlik Şurasına katib gətirdi
Tarix: 25-02-2022 13:41 | Bölmə: Dünya

                 Tokayev Baş prokuroru Təhlükəsizlik Şurasına katib gətirdi



Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Təhlükəsizlik Şurasının katibi Aset İsekeşevi vəzifəsindən azad edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Tokayevin Mətbuat xidməti yayıb.
Bildirilir ki, Tokayev, həmçinin Qizat Nurdauletovu Baş prokuror vəzifəsindən azad edərək Təhlükəsizlik Şurasının katibi postuna gətirib.
58 yaşlı Nurdauletov 2019-cu ilin martından ölkənin Baş prokuroru vəzifəsində çalışıb.
Bununla yanaşı, Tokayev Erlan Turqumbaevi ölkənin daxili işlər naziri vəzifəsindən azad edib. Onun əvəzinə isə bu vəzifəyə Marat Ahmetcanov gətirilib.
Əvəzində isə Turqumbayev Qazaxıstan Prezidentinin müşaviri təyin olunub.



Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər