Bütün xəbərlər
“Rusiya siyasi həll qapısını bağladı” - NATO
Tarix: 24-02-2022 19:53 | Bölmə: Dünya

                   “Rusiya siyasi həll qapısını bağladı”



“NATO Ukraynaya qoşun yeritməyi planlaşdırmır”.
“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O, müharibənin NATO ərazisinə keçməməsi üçün müdafiə planlarını işə saldıqlarını bildirib.
"Qitəmizdə sülh pozuldu. Hazırda Avropada müharibə var", - Stoltenberq deyib.
Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya təcavüzünü ən sərt şəkildə pislədiklərini söyləyib.
Stoltenberq Rusiya ilə dialoq yolunun açıq olub-olmaması ilə bağlı suala, “Rusiya siyasi həll qapısını bağladı” cavabını verib.
Baş katib, "Ukraynanın Türkiyəyə "Boğazları Rusiyaya bağlamaq" çağırışı" ilə bağlı suala, "Bugünkü görüşdə bu müzakirə edilmədi. Türkiyə, təbii ki, NATO müttəfiqidir. Boğazlar məsələsində Türkiyənin xüsusi rolu var", - deyə cavab verib.



Baxış sayı: 498


Bölməyə aid digər xəbərlər