Bütün xəbərlər
Qazaxıstanın keçmiş müdafiə naziri barədə həbs qərarı verildi
Tarix: 22-02-2022 11:17 | Bölmə: Dünya

                    Qazaxıstanın keçmiş müdafiə naziri barədə həbs qərarı verildi


Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə qərarı paytaxt Nur-Sultanın İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsi verib.
İstintaqın digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Murat Bektanov daha əvvəl ölkədəki kütləvi iğtişaşlar zamanı heç bir tədbir görməməkdə şübhəli bilinərək saxlanılmışdı.



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər