Bütün xəbərlər
Misirli tələbə ərəb mətbuatında Xocalı soyqırımı barədə məqalə ilə çıxış edib
Tarix: 21-02-2022 21:45 | Bölmə: Dünya


Misirli tələbə Əhməd Adel Məhəmməd ərəb mətbuatında “Unutmadıq, unutmayacağıq. Xocalı soyqırımı qurbanlarının xatirəsi əbədi olaraq yaşayacaq” sərlövhəli məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Misirin “Rayet Mısr”, Əlcəzairin “Əl Hərir”, Sudanın “Sinopanorama”, İraqın “Əl Mədeyin” və digər portallarında yayımlanmış məqalə uşaqlıq illərində Xocalıda atasını itirmiş Həmayıl Xəlilovanın yaşadığı dəhşətli hadisələrlə bağlı xatirələri ilə başlayır. Bu xatirələri göz yaşları ilə oxuduğunu qeyd edən misirli tələbə 30 il əvvəl erməni quldurlarının törətdikləri vəhşiliklərdən bəhs edir.
Məqalədə ermənilərin müxtəlif illərdə müxtəlif ölkələrdən Azərbaycan torpaqlarına köçürülməsi, sonradan məskunlaşdıqları ərazilərə saxta iddialar irəli sürmələri, istər çar Rusiyası, istərsə də sovet hakimiyyəti dövründə özgə torpaqlarını ələ keçirərək etnik təmizləmə siyasəti aparmaları barədə ətraflı məlumat verilir. Müəllif diqqətə çatdırıb ki, Sovet İttifaqının süqutu zamanı Azərbaycanın vaxtilə qədim ərazisində qurulmuş Ermənistandan 150 minə yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb.
Sonra müəllif rəqəmlər və faktlara əsaslanaraq ərəbdilli oxuculara Xocalı soyqırımı, bu dəhşətli cinayətləri törədən və sonradan Ermənistanda hakimiyyətdə təmsil olunan şəxslər, erməni terror təşkilatları, Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılmış tarix-mədəniyyət abidələri və məscidlər haqqında geniş məlumat verilib. Müəllif Afrika və ərəb ölkələrindən Sudan və Cibutinin bu soyqırımı tanıdıqlarını diqqətə çatdırıb, İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsi ilə bağlı qərarlarından bəhs edib.
Məqalənin sonunda Şeyx Əbdül-Vahab Əl-Naccarın “Qırmızı günlər” kitabında ermənilərin 1919-cu ildə misirlilərə qarşı xəyanəti ilə bağlı faktlar da diqqətə çatdırılıb.





Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər