Bütün xəbərlər
Berdıməhəmmədovun oğlu prezidentliyə namizəd oldu
Tarix: 15-02-2022 20:34 | Bölmə: Dünya

                  Berdıməhəmmədovun oğlu prezidentliyə namizəd oldu



Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə prezidentliyinə namizəd olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkmənistanın “Salam News” portalı yayıb.
Məlumata görə, Türkmənistanın Demokratik Partiyasının növbədənkənar toplantısı keçirilib. Toplantının gündəliyinə əsasən, Baş nazirin müavini Sərdar Berdıməhəmmədovun prezidentliyə namizədliyi irəli sürülüb.
Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezidet seçkiləri martın 12-si keçiriləcək. Fevralın 14-ü isə seçkiqabağı kampaniyaya start verilib. Kampaniyanın birinci mərhələsi namizədlərin irəli sürülməsindən ibarətdir.



Baxış sayı: 266


Bölməyə aid digər xəbərlər