Bütün xəbərlər
“Ailəm Kiyevdə qalacaq” - Zelenski
Tarix: 14-02-2022 23:28 | Bölmə: Dünya

                “Ailəm Kiyevdə qalacaq”


Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin Kiyevdə onunla bərabər qalacağını deyib. 
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Zelenski ukraynalı iş adamlarının ölkəni tərk etmələri ilə bağlı sualı cavablandırarkən deyib: 
“Mənim ailəm həmişə mənimlədir, həmişə Ukraynanın yanındadır və bu, pafossuzdur. Mən prezidentəm, həyat yoldaşım sadəcə həyat yoldaşı deyil, birinci xanımdır və ailələrin necə davranması lazım olduğunu nümunə göstərməlidir”. 
Zelenski ölkə ətrafındakı vəziyyətlə əlaqədar bir sıra ölkələrin diplomatlarının Qərbi Ukraynaya getməsini səhv adlandırıb.
"Bəzi səfirliklərin Qərbi Ukraynaya köçməsi böyük səhvdir və bu, onların qərarıdır.  Qərbi Ukrayna yoxdur, bütöv Ukrayna var. Ona görə də, əgər Allah eləməsin, nəsə baş versə, bu, hər yerdə  olacaq”.



Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər