Bütün xəbərlər
ABŞ Suriyada İŞİD liderinə aviazərbə endirərkən Rusiyanı məlumatlandırmayıb
Tarix: 14-02-2022 14:02 | Bölmə: Dünya

ABŞ Suriyada İŞİD liderinə aviazərbə endirərkən Rusiyanı məlumatlandırmayıb



ABŞ Suriyada İŞİD terror təşkilatının liderlərindən birinə aviazərbə endirməsi barədə Rusiyanı əvvəlcədən xəbərdar etməyib. Lakin amerikalılar Rusiya tərəfi ilə münaqişə yaşanmaması üçün bütün prosedurlara riayət edib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Oleq Sırmolotov bildirib.
“Onlar zərbə endirəcəkləri barədə məlumat vermədilər, sadəcə əməliyyat keçiriləcəklərini söylədilər və bunun nə ilə bağlı olduğunu demədilər. Bu, münaqişə yaranmaması üçün standart prosedurdur. Hazırda ABŞ tərəfi bunu araşdırmağa başlayıb, çünki orada çox sayda mülki şəxs həlak olub. Nəticə həqiqətən də nəticədir, əgər həqiqətən məhv edilibsə...”, - Rusiya XİN başçısının müavini vurğulayıb.
Qeyd edək ki, fevralın 3-də ABŞ Prezidenti Co Bayden Suriyada İŞİD terror təşkilatının liderinin məhv edildiyini açıqlayıb. İdlib vilayətində keçirilən əməliyyat zamanı İŞİD-in 2019-cu ildən lideri sayılan Əbu İbrahim Əl-Qureyşinin öldürlüdüyü açıqlanıb.




Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər