Bütün xəbərlər
Bullinqlə üzləşən daun sindromlu qızı məktəbə Prezident apardı - Fotolar
Tarix: 11-02-2022 11:37 | Bölmə: Dünya

                  Bullinqlə üzləşən daun sindromlu qızı məktəbə Prezident apardı


Şimali Makedoniya Prezidenti Stevo Pendarovski daun sindromlu alban qızı məktəbə aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat xidməti sosial şəbəkələrdə paylaşıb.
Hadisə fevralın 7-si baş verib. Belə ki, sözügedən aksiya daun sindromlu şagirdin sinif yoldaşları tərəfindən xoş qarşılanmaması və qısnama (bullinq) ilə üzləşməsi barədə yayılan məlumatlardan sonra keçirilib.
Prezident qızın ailəsinə də baş çəkib. Yerli media hadisəyə böyük maraq göstərib və bu, geniş müzakirələr doğurub.







Baxış sayı: 495


Bölməyə aid digər xəbərlər