Bütün xəbərlər
Deputat Nazarbayevin qızını istefaya çağırdı
Tarix: 10-02-2022 21:08 | Bölmə: Dünya

                   Deputat Nazarbayevin qızını istefaya çağırdı


Qazaxıstan parlamentinin aşağı palatasının hakim “Nur Otan” partiyasından deputatı Aydos Sarım ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin qızı, həmkarı Dariqa Nazarbayevanı istefa verməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Orda” yayıb.
A.Sarımın sözlərinə görə, yanvarın 5-dən bu günə qədər həmkarı Dariqa Nazarbayevanı parlamentdə görməyib: “Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq, o, istefa verməlidir”.
O qeyd edib ki, Qazaxıstanda yaranmış avtoritar sistemi birbaşa Nazarbayevanın adı ilə əlaqələndirirlər: “Cəmiyyətdə böyük inamsızlıq və narazılıq var ki, onu aradan qaldırmaq lazımdır. Bu, bütün dünyada  siyasi cəhətdən istefa yolu ilə həll edilir. Bu, normal dünya praktikasıdır”.
Xatırladaq ki, Dariqa Nazarbayevanın uzun müddətdir ölkə parlamentinin aşağı palatasının iclasına qatılmaması ciddi müzakirələrə səbəb olub. Belə iddia edilir ki, Nazarbayeva xəstə olduğundan iclaslara qatılmayıb. Onun xəstəliyinin nə olduğu açıqlanmayıb.
Qeyd edək ki, 58 yaşlı Dariqa Nazarbayeva Nursultan Nazarbayevin böyük qızıdır. O, 2004-cü ildən Milli Məclisin III və V çağırış deputatıdır. 2016-cı ildən 2020-ci ilə qədər parlament senatının millət vəkili olub. 2021-ci ilin yanvar ayından isə VII çağırış deputatıdır.



Baxış sayı: 446


Bölməyə aid digər xəbərlər