Bütün xəbərlər
Keçmiş Roma Papası üzr istədi
Tarix: 09-02-2022 00:26 | Bölmə: Dünya

                      Keçmiş Roma Papası üzr istədi



XVI Roma Papası Benedikt Münhen arxiyepiskopu vəzifəsində işlədiyi müddətdə kilsələrdə cinsi zorakılığa məruz qalanlardan bağışlanmasını xahiş edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, cinsi istismarda sui-istifadə hallarının ört-basdır edilməsində qəsdən səhv etmədiyini deyib.
Bu barədə Almaniyanın Münhen şəhərində bir hüquq firması hesabat hazırlayıb. Hesabatda 1945-2019-cu illər dövrünə aid olan cinsi istismar hadisələrində 94 yaşlı keçmiş ruhani liderin tədbir görmədiyi qeyd olunub.
Cinsi istismar hadisələrini ört-basdır etməkdə günahlandırılan Papa Benedikt haqqındakı iddialara məktubla cavab verib.
“Mən başa düşdüm ki, nə vaxt laqeyd yanaşsaq və ya lazımi əzm və məsuliyyəti göstərməsək, biz də bu ağır günahın əziyyətini çəkəcəyik. Əvvəlki görüşlərdə olduğu kimi, mən bir daha dərin utancımı, ən dərin təəssüfümü və cinsi zorakılığa məruz qalanlardan səmimi qəlbdən əfv edilməyimi xahiş edirəm.
Katolik Kilsəsində mənim böyük məsuliyyətim olub. Hər bir cinsi zorakılıq hadisəsi dəhşətli və düzəlməzdir. Cinsi zorakılığa məruz qalanlara dərin şəfqətimi təqdim edirəm və hər bir hadisəyə görə təəssüflənirəm”, - Keçmiş Roma Papası qeyd edib.
Xatırladaq ki, dərc edilən hesabatda kilsələrdə ən azı 497 cinsi istismar hadisəsi baş verdiyi yazılıb. Həmçinin 1945-2019-cu illər arasında keşişlərin təcavüz iddialarına baxmayaraq, kilsədə işlədiyini və buna icazə verildiyi vurğulanıb.



Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər