Bütün xəbərlər
Ərdoğandan təzminat iddiası
Tarix: 08-02-2022 22:12 | Bölmə: Dünya

                   Ərdoğandan təzminat iddiası



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya verilişində onu təhqir etdiyi iddiası ilə istintaq çərçivəsində həbs edilən jurnalist Sedef Kabaş və kanalın İdarə Heyətinin sədri Fırat Şakar haqqında 250 min lirə (təxminən 311 min manat) mənəvi təzminat iddiası qaldırıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Ərdoğanın vəkilləri vasitəsilə məhkəməyə müraciət edilib.
İşin qəbulunu tələb edən ərizədə verilişin yayımlandığı 14 yanvar tarixində 250 min lirə mənəvi təzminatın qanuni faizlə ödənilməsi istənilib.
Xatırladaq ki, televiziya proqramında Ərdoğana söylədiyi fikirlərə görə S.Kabaş haqqında istintaq başladılıb. Kabaş İstanbul Prokurorluğunun “prezidenti təhqir etmə” cinayəti ilə bağlı apardığı istintaq çərçivəsində 
həbs edilib.



Baxış sayı: 569


Bölməyə aid digər xəbərlər