Bütün xəbərlər
Putin və Zelenski ilə görüşdən sonra Makrondan - Açıqlama
Tarix: 08-02-2022 22:09 | Bölmə: Dünya

                    Putin və Zelenski ilə görüşdən sonra Makrondan



Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlardan sonra deyib ki, Paris yaxın həftələrdə Ukrayna ətrafında vəziyyəti sabitləşdirməyi hədəfləyir.
“Qafqazinfo”nun TASS-a istinadən məlumatına görə, bundan əvvəl Makron bildirib ki, Rusiya və Ukrayna liderləri ilə görüşləri zamanı o, hər iki dövlətin Minsk razılaşmalarına sadiqliyinə dair təminat alıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynada vəziyyətin gərginləşməsinə səbəb olmayacağına söz verib. Makron həmçinin vurğulayıb ki, iki ölkə başçıları ilə aparılan danışıqlar regionda təhlükəsizliyin təmin edilməsində irəliləyişə nail olmağa imkan verib.
Qeyd edək ki, Makron Vladimir Putinlə fevralın 7-də, Zelenski ilə isə fevralın 8-də görüşüb.



Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər