Bütün xəbərlər
Tokayev Nazarbayevin ömürlük vəzifələrini ləğv edən sənədi imzaladı
Tarix: 08-02-2022 03:43 | Bölmə: Dünya

                    Tokayev Nazarbayevin ömürlük vəzifələrini ləğv edən sənədi imzaladı



Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyası (ANK) və Təhlükəsizlik Şurasında ömürlük sədrliyini ləğv edən qanunvericiliyə düzəlişləri imzalayıb.
“Qafqazinfo” “sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, həmçinin ölkənin daxili və xarici siyasəti ilə bağlı qərarları Elbası ilə əlaqələndirmək zərurəti də artıq ləğv edilib.
Bu “Qazaxıstanın bəzi konstitusiya qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstanın Konstitusiya Qanunu layihəsində nəzərdə tutulub.
Qeyd edək ki, Qanun layihəsinin əvvəlki variantında Nursultan Nazarbayevə aşağıdakı ömürlük hüquq verilmişdi:
- Qazaxıstan Parlamenti və onun palataları qarşısında çıxış etmək;
- Ölkə üçün vacib məsələləri müzakirə edərkən hökumətin iclaslarında çıxış etmək;
- Qazaxıstan Xalqları Assambleyasının rəhbəri;
- Qazaxıstan Təhlükəsizlik Şurasının sədri;
- Qazaxıstan Konstitusiya Şurasının üzvü olmaq.



Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər