Bütün xəbərlər
“Arman Dikiy” Almatı sakinlərini qaçırmaqda ittiham edilir
Tarix: 08-02-2022 03:40 | Bölmə: Dünya

                    “Arman Dikiy” Almatı sakinlərini qaçırmaqda ittiham edilir



Qazaxıstanda baş verən iğtişaşlar zamanı “Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev və qruplaşması Almatı sakinlərini qaçıraraq zorakılığa məruz qoyublar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Qeyd edilir ki, ümumilikdə, yanvarın əvvəlində Qazaxıstanda iğtişaşlar zamanı qruplaşma 24 nəfəri qaçırıb, onlardan biri ölüb.
Qazaxıstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara görə, Almatı şəhərinin 12-ci şəhər xəstəxanasında Arman Cumageldiyevin dəstəsinin üzvləri polisi şiddətlə döyərək onun xidməti silahını götürüblər.
Qeyd edək ki, Qazaxıstanda yanvar hadisələri zamanı saxlanılan Cumageldiyevin Almatıdakı istintaq təcridxanasından qəfil yoxa çıxdığı da bildirilmişdi. Mediada onun guya sərbəst buraxılması və ya naməlum istiqamətə aparıldığı barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, “Arman Dikiy” yanvarın 7-si Almatı şəhərində 
saxlanılıb.



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər