Bütün xəbərlər
Ərdoğanın səhhəti ilə bağlı yazılan şərhlərə görə 5 nəfər saxlanıldı
Tarix: 06-02-2022 20:54 | Bölmə: Dünya

                  Ərdoğanın səhhəti ilə bağlı yazılan şərhlərə görə 5 nəfər saxlanıldı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın koronavirusun “omicron” ştamına yoluxması ilə bağlı açıqlamadan sonra sosial şəbəkələrdə təhqiramiz şərhlər yazan 5 nəfər saxlanılıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı İstanbul Prokurorluğu tərəfindən müvafiq maddə üzrə cinayət işi başladılıb. Müəyyən edilib ki, bu cür şərhlər 36 sosial şəbəkə hesabından yazılıb və onun 31-nin sahibi müəyyən edilib, 8 nəfər haqqında saxlanılma qərarı verilib.
Onlardan 5-i polis tərəfindən tutulub. “Dərya Büyükuncu” adlı hesabın sahibinin ölkə xaricində olduğu üzə çıxıb.
 



Baxış sayı: 534


Bölməyə aid digər xəbərlər