Bütün xəbərlər
“Ölkədə sakitlik olanda hakimiyyətdən gedəcəm” - Lukaşenko
Tarix: 05-02-2022 22:56 | Bölmə: Dünya

                 “Ölkədə sakitlik olanda hakimiyyətdən gedəcəm”


Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən hansı halda gedəcəyi ilə bağlı danışıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, o, ölkə ətrafında çətin vəziyyət yarandıqca ölkəyə rəhbərlik edəcəyini deyib.
Bildirib ki, ölkədə sakitlik olanda gedəcək: “Müharibə və ya 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyət kimi vaxtda həmişə rəhbər olacağam”
Qeyd edək ki, 9 avqust 2020-ci ildə Belarusda prezident seçkiləri keçirilib. Ertəsi gün ölkənin Mərkəzi Seçki Komissiyası 80,10% səslə Lukaşenkonun qələbəsini elan edib. Nəticədən narazı olanlar ölkədə kütləvi etiraz aksiyaları keçirib.



Baxış sayı: 266


Bölməyə aid digər xəbərlər