Bütün xəbərlər
“Ermənistana sülh əli uzatmışıq və gözləyirik” - Akar
Tarix: 01-02-2022 21:41 | Bölmə: Dünya

                    “Ermənistana sülh əli uzatmışıq və gözləyirik”


“Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir. Bu sənəd istiqamətində apardığımız işlər var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşündə deyib. 
“Hərbi təlim və əməkdaşlıqla bağlı işlərimiz davam edir. Bu araşdırmalarla birlikdə müdafiə sənayesi, silahlı qüvvələrimizin təchizatı ilə bağlı nələr edə biləcəyimizi qarşılıqlı müzakirə edirik. Bu məsələlərdə də mühüm addımlar atmışıq və atırıq”, - deyə Akar bildirib. 
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarını işğaldan azad etdiyini xatırladan Akar deyib:
"Xüsusilə Qarabağda xeyli iş var. Kənd təsərrüfatından heyvandarlığa, sənayedən yollara qədər gərgin iş və tikinti gedir. Biz həmçinin qarşılıqlı danışıqlar vasitəsilə irəliləyişin necə olacağını, bunun müdafiə və təhlükəsizliyə necə təsir edəcəyini müzakirə etdik. Bunlardan biri də Prezidentimizin və cənab Əliyevin danışıqlarından sonra Ermənistana uzadılmış sülh əlidir. Biz gözləyirik və ümid edirik ki, bu sülh əlinə qiymət veriləcək. Bu yolla biz sülhü təmin etməyə və buna uyğun olaraq təkcə Azərbaycan-Ermənistan və ya Ermənistan-Türkiyədə deyil, bütün Qafqazda sülhün, firavanlığın hökm sürməsinə çalışırıq”.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər