Bütün xəbərlər
Saakaşvilinin partiyası parlamentin boykot edilməsini dayandırdı
Tarix: 31-01-2022 14:08 | Bölmə: Dünya

                 Saakaşvilinin partiyası parlamentin boykot edilməsini dayandırdı



Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası parlamentin boykot edilməsini dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiyanın sədri Xatiya Dekanoidze açıqlayıb.
Onun sözlərinə görə, partiya yanvarın 29-u parlamentin yaz sessiyasının işində iştirak etməyə və boykotu dayandırmağa qərar verib.
Qeyd edək ki, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyası 2021-ci ilin iyul ayında parlamenti boykot etdiyini açıqlamışdı. Parlamentin yaz sessiyası isə fevralın 1-i başlayacaq.



Baxış sayı: 274


Bölməyə aid digər xəbərlər