Bütün xəbərlər
Ərdoğan İlham Əliyevlə Ukrayna səfərini müzakirə edəcək
Tarix: 18-01-2022 21:05 | Bölmə: Dünya

                 Ərdoğan İlham Əliyevlə Ukrayna səfərini müzakirə edəcək


“Türkiyə Rusiyanın Ukraynaya müdaxiləsini real yanaşma kimi görmür”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Albaniya səfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.  Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfərini xatırladan Ərdoğan bildirib ki, azərbaycanlı həmkarı ilə səfərin yekunlarını müzakirə edəcək: 
“Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. Mənim də cənab Əliyevlə söhbətim olacaq. Təbii ki, cənab Putinlə də bu mövzuları müzakirə etmək lazımdır. Çünki bu regionlar artıq müharibəni qəbul edə bilməz Bunlar doğru da olmaz. Artıq müharibəni siyasət tarixindən silib atmaq lazımdır. “Mən haranısa işğal edim” məntiqi ilə bu işlər getməz”.



Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər