Bütün xəbərlər
Qazaxıstanda general intihar etdi
Tarix: 10-01-2022 12:58 | Bölmə: Dünya

                   Qazaxıstanda general intihar etdi


Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “BaigeNews.kz” yayıb.
Bölgənin Polis Departamentinin Mətbuat xidməti sözügedən xəbəri təsdiq edib.
Hazırda hadisənin detalları araşdırılır.
“Kozachkov offside” teleqram kanalının məlumatına görə, 60 yaşlı general 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi.
Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb.
Qeyd edək ki, Süleymanov 2020-ci ilin fevralından etibarən Cambul vilayətinin Polis Departamentinin rəisi vəzifəsini icra edib.
Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-dən başlayan etiraz aksiyaları daha sonradan bütün ölkə ərazisində iğtişaşlara çevrilib. Bu hadisələr çərçivəsində bir neçə vəzifəli şəxs istefaya göndərilib.



Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər