Bütün xəbərlər
Qırğızıstan da Qazaxıstana sülhməramlı göndərdi
Tarix: 07-01-2022 22:11 | Bölmə: Dünya

                  Qırğızıstan da Qazaxıstana sülhməramlı göndərdi


Qırğızıstan hərbçiləri KTMT-nin sülhməramlı missiyasında iştirak etmək üçün Qazaxıstana uçublar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Kantdan Qazaxıstana 150 hərbi qulluqçu və 19 texnika göndərilib. Onların daşınması üçün iki təyyarədən istifadə edilib. 
Qeyd edək ki, bu gün Qırğızıstan parlamenti qırğız sülhməramlıların KTMT vasitəsilə Qazaxıstana göndərilməsini təsdiqləyib, bundan sonra prezident hərbçilərin göndərilməsi haqqında fərman imzalayıb.

 


Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər