Bütün xəbərlər
Ukraynalı komandir Rusiyanın hansı istiqamətdən hücum edəcəyini açıqladı
Tarix: 01-01-2022 23:11 | Bölmə: Dünya

                     Ukraynalı komandir Rusiyanın hansı istiqamətdən hücum edəcəyini açıqladı


“Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, əsas zərbə Donbassdan deyil, ən sürətli marşrutdan həyata keçiriləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko “NTA” telekanalının efirində deyib.  
Onun sözlərinə görə, belə bir hücum Bransk-Kiyev istiqamətində endirilə bilər. 
“Çerniqov vilayətində sərhəddən Kiyevə qədər olan məsafə 200 kilometrdən azdır, buna görə də, bu Ukrayna paytaxtını ələ keçirməyin və hakimiyyəti kapitulyasiyaya məcbur etməyin ən sürətli yoludur”, - deyə komandir qeyd edib.



Baxış sayı: 290


Bölməyə aid digər xəbərlər