12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Amerikalı məşhur aktrisa 99 yaşında dünyasını dəyişdi
Tarix: 01-01-2022 23:06 | Bölmə: Dünya

                    Amerikalı məşhur aktrisa 99 yaşında dünyasını dəyişdi


Amerikalı məşhur aktrisa Betti Uayt 99 yaşında Los-Ancelesdə dünyasını dəyişib.
“Qafqazinfo” “People” jurnalına istinadən xəbər verir ki, Betti Uayt yanvarın 17-si öz 100 yaşını qeyd edəcəkdi. 
Aktrisa öz karyerası boyunca altı dəfə “Emmi” mükafatı laureatı olub. Bununla yanaşı, 23 dəfə bu mükafata namizəd olaraq göstərilib. Həmçinin, Betti Uayt mümkün olan bütün komediya mükafatlarını qazanan yeganə aktrisadır.
Çox sayda filmdə rol alan Uayt əsas olaraq 1985-ci ildən lentə alınan “The Golden Girls” teleserialı ilə məşhurdur.


Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər