12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Saakaşvili gürcü müğənnidən qızının olduğunu etiraf etdi
Tarix: 31-12-2021 14:32 | Bölmə: Dünya

                  Saakaşvili gürcü müğənnidən qızının olduğunu etiraf etdi



“Bu il "Əsas kanal"ın yeni il konsertinin ən gənc iştirakçısı Elis Mariya Saakaşvilinin səhnədən anası ilə televiziya ekranında qarşılandığı ilk ildir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixail Saaşakvili feysbukda bildirib.
O, ilk dəfədir gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar övladı olmasını açıqlayıb.
Saakaşvili qızı və onun anasının fotolarını paylaşıb.
Qeyd edək ki, 54 yaşlı M.Saakaşvili 1993-cü ildə niderland əsilli Sandre Rulovsla rəsmi ailə qurub. Onların Eduard və Nikoloz adlı iki oğlanları var.







Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər