Bütün xəbərlər
“Çin beyinə nəzarət silahı hazırlayır” - ABŞ
Tarix: 31-12-2021 02:56 | Bölmə: Dünya

                    “Çin beyinə nəzarət silahı hazırlayır”


ABŞ Çinin rəqiblərini öldürmək əvəzinə, onları iflic etmək üçün istifadə edilə bilən “beyini idarə edən silahlar” hazırladığını iddia edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ buna görə Çin Hərbi Tibb Elmləri Akademiyasına və akademyaya bağlı 11 tədqiqat institutuna sanksiya tətbiq etmək qərarına gəlib.
ABŞ hakimiyyəti bu silahların uyğur türklərinə qarşı istifadə olunmasından narahatdır.
Bu sanksiya ilə ABŞ firmaları lisenziya olmadan Çin Hərbi Tibb Elmləri Akademiyası və onun filiallarına mal ixrac edə bilməz.



Çin Hərbi və Tibb Elmləri Akademiyası

Çin institutlarını qara siyahıya salan Ticarət Departamenti silahlar haqqında ətraflı məlumat verməyib.
“Washington Times”ın ələ keçirdiyi hesabata görə, Çin rəqiblərini öldürməkdənsə, düşmənin müqavimət göstərmək istəyinə hücum edərək, rəqibini idarə etməyə və ya iflic etməyə yönəlmiş texnologiyalar inkişaf etdirir.
Bildirilib ki, Çinin inkişaf etdirməyə çalışdığı texnologiyaya genlərin redaktəsi, insan fəaliyyətinin artırılması və beyinin proqramlaşdırılması daxildir.



Baxış sayı: 321


Bölməyə aid digər xəbərlər